XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 June 2017 - 10:01

İran Qətərə ərzaqyardımı göndərib

İranın Fars körfəzi sahilindəki Dəyyər limanından 350 ton ərzaqla yüklənmiş gəmi Qətərə yola salınıb.

Bu barədə məlumat verən limanın rəhbəri Məhəmməd Mehdi Binçari bildirib ki, meyvə və tərəvəzdən ibarət olan yük Qətərin rəsmi şəxsləri ilə razılaşdırıldıqdan sonra bu ölkəyə göndərilib.

Liman rəhbərinin sözlərinə görə, ərzaq məhsullarının Qətərə göndərilməsi davam edəcək.

Xatırladaq ki, Yaxın Şərq ölkələri Qətərlə diplomatik əlaqələri kəsdikdən və ona qarşı sanksiyalar tətbiq etdikdən sonra bu ölkədə ərzaq qıtlığı yaranıb(azərtac).