XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 10:00

Tillerson:"ABŞ-ın müttəfiqləri Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xahiş edir"

ABŞ-ın Avropa, Asiya və Yaxın şərqdəki müttəfiq və tərəfdaşları Vaşinqtondan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xahiş edirlər. Bu barədə dövlət katibi Reks Tillerson Senatda dinləmələr zamanı deyib.   

“Onlar deyir: Xahiş edirik, Rusiya ilə münasibətlərlə məşğul olun, onlar yaxşılaşmalıdır.  Onlar əmindirlər ki, münasibətlərin daha da pisləşməsi onların da vəziyyətini yan keçməyəcək”, – deyə Tilerson qeyd edib.

Onun sözlərinə görə, bu Amerikanın yanaşmasıdır.

Bundan əvvəl Tillerson ABŞ-Rusiya münasibətlərinin ən aşağı həddə çatdığını bildirib.  (APA)