XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 June 2017 - 10:51

“Türkiyə Hava Yolları”ndanyeni qadağa

"Türkiyə Hava Yolları" aviaşirkəti əməkdaşlarına sosial şəbəkələrdə uniformalarda fotolarını yaymağı qadağan edib. Trend-in məlumatına görə, bu qadağa aviaşirkətin pilot, bort bələdçilərinə, texniki heyət və digər əməkdaşlara şamil olunur.

Qadağa ilə bağlı aviaşirkətin yaydığı məlumatda qeyd edilir ki, əməkdaşlar sosial şəbəkələrdə iş yerlərini də qeyd edə bilməzlər.

"Türkiyə Hava Yolları" həmçinin aeroport daxilindən görüntülər paylaşmağı, digər strateji əhəmiyyətli obyektlərin fotolarını yaymağı da qadağan edib.