XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 12:06

Londonda xəsarət alanların sayı 50-yə çatıb- Həlak olanlar var

London yanğın xidmətindən Britaniya paytaxtındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlər olduğunu bildiriblər.

Azərtac xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, yanğında həlak olanların sayı hələlik dəqiqləşməyib. Yanğının səbəbləri də hələ ki, məlum deyil.

Xatırladaq ki, bu gün Londonun qərbində çoxmənzilli Grenfell Tower yaşayış binasında güclü yanğın baş verib. Hadisə yerinə 40 yanğınsöndürən və xidmətin 200 əməkdaşı cəlb olunub. Britaniya paytaxtının təcili yardım xidməti yanğından zərər çəkmiş insanların sayının 50 nəfərə çatdığını bildirib.