XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2017 - 12:12

Putin ABŞ-ı hədələdi:“Rusiya mühasirəyə alınıb, NATO-ya adekvat cavab veriləcək”

“Rusiya strateji balansı saxlamaq üçün NATO-nun hərəkətlərinə adekvat cavab verəcək”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin ABŞ-ın məşhur kinorejissoru Oliver Stouna verdiyi müsahibəsində deyib: “Rusiya üçün iki təhlükə var. Birincisi, bizim sərhədlərimizin yaxınlığında yerləşdirilən raket əleyhinə müdafiə sistemləridir.  İkincisi isə odur ki, bu antiraket buraxılış sistemlərini bir neçə saat ərzində zərbə raketləri üçün buraxılış sisteminə çevirmək mümkündür.  Bu sistemlər isə Şərqi Avropada, Aralıq dənizində, suda, dənizdə, gəmilərdə, şimal dənizlərində, Alyaskada quraşdırılacaq. Rusiya praktik olaraq RƏM-lə mühasirəyə alınıb”.

Putin bunu “kobud strateji səhv” adlanıdırb: “Bu, bizim tərəfdaşların kobud strateji səhvidir. Ona görə  bütün bunalara qarşı Rusiya adekvat cavab verəcək. Biz strateji balansı saxlayacağıq. Balans çox mühüm məsələdir”.

Putinin sözlərinə görə, NATO-nun genişlənməsi və Avropada RƏM sisteminin yerləşdirilməsi Moskvanı buna reaksiya verməyə vadar edir. Rusiya prezidenti deyib ki, NATO-nun genişlənməsi əvəzinə özünü təhlükədə hiss edən ölkələrlə təhlükəsizlik və qarşılıqlı kömək haqqında müqavilə bağlamaq mümkündür: “Avropada raket əleyhinə müdafiə sistemi üzrə proqram bütün gücü ilə davam etdirilir. Kimə qarşı? Deməli, bu bizi hansısa formada reaksiya verməyə məcbur edir”.