Britaniyanın Avropa Birliyindən çıxması (Brexit) ilə bağlı danışıqlar gələn həftə – iyunun 19-da başlayacaq.
Bu barədə ölkənin baş naziri Tereza Mey Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra açıqlama verib.
Baş nazir bildirib ki, proses yekunlaşana qədər Britaniyanın qapıları Avropa Birliyinə açıq olacaq.
"Prezident Makrona bildirdim ki, "Brexit" üzrə danışıqların qrafikində dəyişiklik olmayacaq. Ümid edirəm ki, əldə edəcəyimiz razılıq təkcə Britaniyanın yox, 27 üzv dövlətin hamısının maraqlarını əks etdirəcək. Avropa Birliyinin yaxın və xüsusi tərəfdaş olacağıq. Biz bu qurumun güclü olmasını istəyirik ", – deyə Mey bildirib.
Makron isə əlavə edib ki, britaniyalıların Avropa Birliyini tərk etmək qərarına hörmətlə yanaşır.