XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2015 - 16:21

Britaniya İŞİD-lə bağlı qərarını verdi

Britaniya baş naziri Devid Kameron bu gün Parisdə Fransa prezidenti Fransua Ollandla görüşüb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, iki lider görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Devid Kameron bildirib ki, Britaniya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaq barədə qərar verib. Və bundan sonra Britaniya da İŞİD-ə hava zərbələri endirəcək: «Fransa prezidenti Fransua Ollandın İŞİD-ə qarşı Suriyada həyata keçirdiyi hava hücumlarını dəstəkləyirəm. Və bu hücumlara qoşulduğumuzu bəyan edirəm».

Kameron bu həftə ərzində Britaniya parlamentində İŞİD-lə mübarizəyə dair müdafiə planını açıqlayacaqlarını bildirib.

Onun sözlərinə görə, rəsmi London Fransa başda olmaqla bütün Avropa ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlığı gücləndirəcək. 

Fransua Olland isə İŞİD-ə qarşı hava hücumlarını bir az da artıracaqlarını bildirib. 

Xatırladaq ki, Kameron «G-20» sammitinin ardından ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qatılacaqlarının anonsunu vermişdi.