XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 13:53

Londonda yanan binada insanlarınaxtarışı davam edir

Yanğınsöndürənlər Londonun qərbində bütün gücə boyu yanan “Grenfell Tower” yaşayış binasında qala biləcək insanların axtarışını davam etdirirlər. Bu barədə jurnalistlərə London yanğın xidmətinin komissarı Deni Kotton məlumat verib. “Biz binada insanları axtarmaqda davam edirik”, – deyə o bildirib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Kottonun sözlərinə görə, yanğınsöndürənlər hələlik binanın yalnız 20-ci mərtəbəsinədək qalxa biliblər. Təcili yardım xidmətinin koordinasiya üzrə direktoru Pol Vudru yanğından zərər çəkmiş 50 nəfərin xəstəxanalara yerləşdirildiyini, London yanğın xidməti isə ölənlərin olduğunu təsdiqləyib.

Xatırladaq ki, 24 mərtəbəli yaşayış binasını başdan-başa bürüyən yanğının səbəbləri hələlik aydın deyil.

Binanın yerləşdiyi şimali Kensinqton Londonun o qədər də firavan olmayan rayonlarından sayılır. Burada Afrika, Yaxın Şərq və Pakistandan, həmçinin Şərqi Avropadan çıxmış çoxlu insan yaşayır.

Türkiyənin NTV telekanalı “Grenfell Tower”in sakinləri arasında türklərin də olduğu barədə xəbər yayıb.