XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2015 - 16:30

Xəzər dənizindən İŞİD-ə qarşı əməliyyat – Putin İranda bəyanat verdi

Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizində İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlarla bağlı bəyanat verib.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, Putin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla İranda görüşü zamanı Xəzər dənizində hərbi əməliyyatların İŞİD-in məhv edilməsinə qədər davam etdiriləcəyini bəyan edib.

Putin Xəzər dənizində davam edən hərbi əməliyyatlara görə qonşu ölkələr üçün yaranan problemlə bağlı bunları qeyd edib: “Qazaxıstan narahtçılığın yaranması ilə bağlı bizə hər hansı bir irad bildirməyib. Ancaq biz bunu nəzərə alacağıq. Bəzi narahatçılıqların olduğunu başa düşürük, amma hamımız bilirik ki, Rusiyanın terrorizmlə mübarizə sahəsində sərf etdiyi güc Rusiya üçün bir yükdür”.