Dünya Bankı Kabilə 520 milyon dollar məbləğində bir neçə qrant vermək barədə qərar qəbul edib.
Azərtac "vista.ru" saytına istinadla xəbər verir ki, ayrılan vəsait Əfqanıstanda yoxsulluqla mübarizəyə yönəldiləcək. Yarım milyard dollar yardımın ayrılması qaçqınlarla vəziyyəti həll etməyə, kasıb əhali üçün özəl sektorun imkanlarını genişləndirməyə kömək edəcək.
Həmçinin vəsaitin bir hissəsi kənd rayonlarında yolların tikintisi və ərazilərin elektrikləşdirilməsinə yönəldiləcək. Daha bir məqsəd isə Əfqanıstanın ərzaqla özünü təmin etməsinin artırılmasıdır.