XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 15:33

Almaniyada qaçqınlar işləyən müəssisələrinsayı üçqat artıb

Görəsən bu insanları haçansa işlə təmin etmək mümkün olacaqmı?

2015-ci ilin payızında qaçqınların kütləvi şəkildə qəbul edilməsi ilə yaranan əsas suallardan biri belə idi. Almaniya cəmiyyətinin bir hissəsi çox nikbin idi, lakin son dərəcə şübhəli səslər də eşidilirdi. Bu ilin baharında Münxendəki nüfuzlu İFO iqtisadi İnstitutu tərəfindən keçirilmiş rəy sorğusunun nəticələri göstərir ki, real vəziyyət eyforiyaya uymağa əsas vermir, lakin indi işlər bəzi adamların ehtiyat etdikləri variantla müqayisədə xeyli yaxşılaşıb.

İFO İnstitutu öz araşdırmalarının nəticələrini iyunun 6-da dərc edib. Həmin materialdan məlum olur ki, son bir ildə qaçqınları bu və ya digər formada işə qəbul etmiş Almaniya müəssisələrinin sayı üçqat artıb. Belə ki, 2015-ci ilin dördüncü rübündə rəyi soruşulmuş firmaların yalnız 7 faizi son dörd ayda iş axtaranlara və ya sığınacaq alanlara iş yerləri verildiyini göstərirdisə, 2017-ci ilin birinci rübündə belə şirkətlərin payı 22 faiz olub. Beləliklə, hazırda Almaniyada orta hesabla beş firmanın birində qaçqınlar çalışır.

Eyni zamanda, müəssisələrin mütləq əksəriyyəti (58 faiz) bildirib ki, hələlik qaçqınların işə qəbulu sahəsində təcrübəsi yoxdur. Müəssisələrin daha 19 faizi cavab verib ki, sığınacaq istəyən şəxsləri işə götürmək üçün prinsip etibarilə imkan yoxdur, çünki işçilərin ixtisas səviyyəsi və alman dilini bilməsi barədə xüsusi tələblər irəli sürülür(azərtac).