XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 15:56

Türkiyədə genişmiqyaslı əməliyyat:300 nəfər saxlanılıb

Türkiyənin qərbində İzmir vilayətində narkotika alverçilərinə qarşı geniş miqyaslı əməliyyat həyata keçirilir.

Trend-in məlumatına görə, əməliyyat çərçivəsində narkotika satmaqda şübhəli bilinən təxminən 300 nəfərə yaxın şəxs saxlanılıb.

Həmçinin bu əməliyyatlarda təxminən minə yaxın polis əməkdaşının iştirak etdiyi bildilib. Məlumata görə, əməliyyatın başqa vilayətlərdə də davam etdirilməsi gözlənilir.

Qeyd edək ki, Türkiyədə daha çox yayılan və istifadə olunan narkotik vasitə "banzay"dır. "Banzay" ilk dəfə Türkiyədə 2010-cu ildə aşkar edilib.