XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 June 2017 - 16:11

IEA:"Qeyri-OPEC ölkələrində artan neft təklifi 2018-ci ildə tələbat böyüməni geridə qoyacaq"

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə neft təklifinin artması 2018-ci ildə tələbatda baş verəcək böyüməni geridə qoyacaq.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, bunun üçün də OPEC neft hasilatının azaldılması sazişini daha uzun müddətli etməyə ehtiyac duyacaq.

ABŞ, Braziliya, Kanada və digər OPEC üzvü olmayan neft istehsalçısı ölkələrdə hasilat gələn il son dörd ilin ən böyük artımını göstərəcək. Buna görə də gələn ilin yazına qədər davam edəcək neft hasilatının azaldılmasına dair sazişi qlobal neft ehtiyatlarını orta səviyyələrə endirəcək.

Xatırladaq ki, 2001-ci ildən indiyədək ilk dəfə ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu saziş cari ilin iyul ayının 1-dək qüvvədə idi. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.