XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 June 2017 - 16:46

ABŞ konqresmeni beysbol meydanında güllələnib:yaralılar var

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının əlaqələndiricisi Stiven Skalis və daha bir neçə nəfər Virciniya ştatının Aleksandriya şəhərindəki beysbol meydanında naməlum şəxs tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Trend-in məlumatına görə, konqresmen bud nahiyəsindən, onun köməkçisi isə sinəsindən xəsarət alıb.

Hücum edən şəxsin kimliyi məlum deyil. Bəzi KİV-lər onun zərərsizləşdirildiyini yazır. Aleksandriya polisi isə hadisə ilə əlaqədar bir şübhəlinin saxlanıldığını bəyan edib.

CNN telekanalı silahlı hücum nəticəsində ən azı 5 nəfərin yaralandığını bildirir.