XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 17:57

Londonda baş verən güclü yanğın “Brexit” danışıqlarınıtəxirə sala bilər

Londonun qərb hissəsində yerləşən “Grenfell Tower” yaşayış binasında baş verən güclü yanğın Mühafizəkarlar Partiyası ilə Şimali İrlandiyanın Demokratik Yunionist Partiyası arasında sazişin elan olunmasını ləngidə və Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması üzrə danışıqları təxirə sala bilər. Bu barədə BBC telekanalı məlumat yayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mühafizəkarlarla yunionistlər arasında parlament koalisiyası barədə danışıqlar davam edir, hər iki tərəf saziş bağlamağa yaxındır. Lakin Britaniyanın paytaxtında azı 6 nəfərin ölümünə səbəb olan fövqəladə vəziyyət fonunda siyasətçilərin hər hansı bəyanatı yersiz görünər. Beləliklə, əldə olunmuş sazişin nəticələri gələn həftə elan oluna bilər ki, bu halda Brüsellə “brexit” barədə danışıqların başlaması vaxtı gecikəcək.

Xatırladaq ki, iyunun 8-də Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar ötən seçkidəki heyətlə müqayisədə 12 yer itirərək cəmi 318 mandat əldə edə bilib. Onlara tam çoxluq qazanmaları üçün 8 yer çatmayıb.