XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 18:58

İrlandiyaya yeni baş nazirtəyin edilib

İrlandiya parlamentində keçirilən səsvermə nəticəsində Leo Varadkar ölkənin yeni baş naziri təyin edilib.

Trend-in məlumatına görə, onun lehinə 57, əleyhinə 50 millət vəkili səs verib.

38 yaşlı L.Varadkar İrlandiya tarixinin ən gənc baş naziri olub.

Qeyd edək ki, o bu vəzifədə ötən gün istefa verdiyini açıqlamış Enda Kennini əvəz edib.