XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 19:35

Ukraynada milli kriptovalyutayaradıla bilər

Ukraynanın milli kriptovalyutası yaradıla bilər.

Azərtac "psm7.com"a istinadla xəbər verir ki, bu barədə məlumat verən Ukrayna Milli Bankının nümayəndəsi Mixail Vidyakin bankın "Kriptoqrivna" buraxmağa hazırlaşdığını deyib.

Bankdan iddia edirlər ki, yeni ödəniş aləti ukraynalılara ölkənin maliyyə sisteminə inamını qaytaracaq. Qrivnanın belə təkamülü iqtisadiyyatın inkişafı və əmtəə dövriyyəsinin sürətləndirilməsi üçün imkandır.

Xatırladaq ki, Ukrayna Milli Bankı ilk dəfə deyil ki milli kriptovalyuta yaradılması layihəsini müzakirə edir. Bank 2016-ci il noyabrın 9-da Kiyevdə "Cashless Summit Ukraine 2016" konfransında nağdsız iqtisadiyyatın inkişafının yol xəritəsini təqdim edib. Sənəddə göstərilir ki, tənzimləyici blokçeynin köməyi ilə pul elektron sistemində inqilab etməyi planlaşdırır.