XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 20:22

“Samsung Galaxy S8”inyeni versiyası hazırlanır

“Samsung” şirkəti “Galaxy S8 Active” qurğusu üzərində iş aparır.

Azərtac “Life” resursuna istinadən xəbər verir ki, 1,9 giqahers takt tezlikli “Snapdragon 835” prosessoru ilə təchiz ediləcək smartfon “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğunun operativ yaddaşı 4 giqabayt təşkil edəcək.

Məlumata görə, “Galaxy S8 Active” birnüvəli testdə 1842, çoxnüvəlidə 6394 bal toplayıb.

Bildirilir ki, adi “Galaxy S8” smartfonundan fərqli olaraq “Active” qurğusunun ekranı kənarlara əyilməyəcək. Bunun əvəzinə mütəxəssislər aktiv istifadəçiləri zərbəyədavamlı korpus və sınmaz ekranla sevindirəcək.