XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2017 - 20:58

FTB konqresmenlərə hücumun terror aktı olduğunuistisna etmir

İstintaq Virciniyada konqresmenlərə hücumun bütün motivlərini, o cümlədən terrorizmi nəzərdən keçirir.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndəsi bildirib.

Xatırladaq ki, Vaşinqton yaxınlığında naməlum şəxs bir qrup konqresmenə atəş açıb. Nəticədə Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatoru Stiv Skaliz budundan ağır yaralanıb. Həmçinin konqresmen Qeri Palmer tibbi yardım alıb. İnsident konqresmenlər beysbol meydançasında məşq edərkən baş verib. Ümumilikdə 5 nəfərin yaralandığı bildirilir.

CNN xəbər verir ki, cəmi 50-100 güllə atılıb, atəş avtomat silahdan açılıb. Ehtimal olunan atıcı həbs edilib.

İnsidentdən sonra Kapitoliyanın mühafizəsi gücləndırılib.