XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 21:16

“Apple” sürücüsüz avtomobillər üçünproqram təminatı yaradır

“Apple” şirkətinin rəhbəri Tim Kuk korporasiyanın sürücüsüz avtomobillər üçün proqram təminatının yaradılması üzərində işləməsini rəsmən təsdiq edib.

Azərtac “belta.by” saytına istinadən xəbər verir ki, “Apple” rəhbərliyi bu layihənin hazırda süni intellekt sahəsində prioritet olduğunu qeyd edib. Bundan əvvəl belə texnologiyanın hazırlanması barədə şayiələr yayılsa da, ancaq rəsmi məlumat yox idi.

Məlum olub ki, “Apple” şirkəti sürücüsüz avtomobillər yaratmayacaq. Tim Kuk deyib ki, onun komandası yalnız gələcəkdə avtomobilləri tamamilə idarə edəcək proqram təminatı üzərində işləyir. Bundan sonra bu texnologiyalar tanınmış avtomobil şirkətlərinə satılacaq.