Londondakı “Grenfell Tower”da baş vermiş güclü yanğında ölənlərin sayı 12-ə çatıb.
Hadisə nəticəsində ictimai nəqliyyatda da problemlər yaranıb.
Güclü yanğın zamanı binanın 10-cu mərtəbəsindən bir qadın uşağı aşağı atmaq məcburiyyətində qalıb. Körpə vətəndaşlar tərəfindən tutularaq xilas edilib. Ümumiyyətlə xeyli sayda insan yanğın zamanı binadan özünü aşağı atmağa cəhd göstərib.
Yanğının səbəbləri araşdırılır(azərtac).