Avropa Aralıq dənizi üzrə seysmoloji mərkəzin məlumatına əsasən, Egey dənizində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Afinadan cənub istiqamətində 367 kilometr məsafədə 2 kilometr dərinlikdə qeydə alınıb. Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur(azərtac).