XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2017 - 22:15

San-Fransiskoda atışma:azı iki nəfər ölüb, beş nəfər yaralanıb

ABŞ-ın San-Fransisko şəhərində atışma nəticəsində azı iki nəfər ölüb, beş nəfər yaralanıb.

Azərtac xəbər verir ki, yerli KRON telekanalının məlumatına görə, insident United Parcel Service poçt şirkətinin ofisində baş verib. Atəş açan şəxs tutularkən yaralanıb və xəstəxanaya çatdırılıb. Əməliyyatda iştirak edən polislərdən heç biri zərər çəkməyib.

Bundan əvvəl Vaşinqton yaxınlığındakı Aleksandriya şəhərində (Virciniya ştatı) atışma olub. Nəticədə azı beş nəfər, o cümlədən konqresmen Stiv Skaliz yaralanıb. Atəş açan şəxs də ağır yara alıb və sonradan xəstəxanada ölüb.