XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 22:23

Virciniyada konqresmenlərə hücum edən şəxshospitalda ölüb

Virciniya ştatında konqresmenlərə atəş açan cinayətkar aldığı yaralardan hospitalda ölüb. Bu barədə ABŞ Prezidenti Donald Tramp televiziya ilə müraciətində məlumat verib.

Xatırladaq ki, Vaşinqton yaxınlığında naməlum şəxs bir qrup konqresmenə atəş açıb. Nəticədə Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatoru Stiv Skaliz budundan ağır yaralanıb. Həmçinin konqresmen Qeri Palmer tibbi yardım üçün müraciət edib. İnsident konqresmenlər beysbol meydançasında məşq edərkən baş verib. Ümumilikdə 5 nəfərin yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanları cinayətkarın şəxsiyyətini müəyyənləşdirə biliblər. O, İllinoys ştatının Belvill şəhərinin sakini 66 yaşlı Ceyms T.Hockinsondur. Hücum zamanı M4 avtomatından istifadə etmiş bu şəxsin evindən Tramp əleyhinə plakatlar tapılıb(azərtac).