Qurğu iki il öncə modernləşdirilmək üçün dayandırılmışdı
Nüvə araşdırmaları üzrə Avropa qurumu modernləşdirmək üçün iki il öncvə dayandırılmış Böyük adron kollayderini (BAK) yenidən işə salıb.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, Cenevrə yaxınlığındakı araşdırma mərkəzinin təmsilçisi Arno Marsolye deyib: “Biz BAK-ı işə saldıq, hər şey yaxşı gedir”.
Mətbuatın yazdığı kimi, kollayderin gerçəkləşdirəcəyi sınaqlar tam gücü ilə 2016-2018-ci illərdə baş tutmalıdır.