XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2017 - 08:13

Qətər ABŞ-dan 36 döyüştəyyarəsi alır

Qətər hökuməti ABŞ ilə 36 ədəd F-15 qırıcı təyyarəsinin alınmasına dair razılığa gəlib.

Bu barədə Reuters agentliyi Qətərin müdafiə nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, 12 milyard dollarlıq sazişə Pentaqon rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri iyunun 14-də imza atıb. 2016-cı ilin noyabrında ABŞ Dövlət Departamenti Qətərə 72 ədəd F-15 qırıcı təyyarələrin satılması barədə qərar qəbul edib. Razılaşmanın məbləği 21,1 milyard dollar təşkil edib.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə Qətərlə diplomatik münasibətləri kəsib.

İyunun 9-da isə ABŞ prezidenti Donald Tramp Qətəri terrorizmi maliyyələşdirməkdə günahlandırıb. “Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar ekstremist ideologiyaya  sponsorluğu dayandırmalıdırlar”, deyə D.Tramp bildirib. (APA)