XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

15 İyun 2017 - 11:10

Yaponiya “Patriot” komplekslərini döyüş hazırlığı səviyyəsinə gətirdi –Şimali Koreyanın raketlərinə qarşı

Yaponiyanın Aiçi prefekturasında yerləşən “Komaki” hərbi bazasında Şimali Koreyanın raketlərinə qarşı ilk dəfə “Patriot” (PAC-3) komplekslərindən istifadə olunmaqla təlimlər keçirilib.

NHK telekanalının yaydığı məlumata görə, kompleksin hazır vəziyyətə gətirilməsinə təqribən bir saat vaxt sərf olunub.

Budəfəki təlimlər zamanı kompleksdən birbaşa istifadə edilməyib. Belə təlimlərin daha iki hərbi bazada keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin keçirilməsində məqsəd Şimali Koreya tərəfindən artan raket buraxılışlarına qarşı hazırlıq tədbirlərinin görülməsidir. Hansı ki, həmin raketlərdən bir neçəsi Yaponiyaya məxsus iqtisadi zonada, ölkə ərazisindən bir neçə yüz kilometr məsafədə dənizə düşüb/Azərtac.