XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 06:20

Ərdoğan sabah İrana gedəcək

“İran öz hərbi hissələrini Yəmən, İraq, Suriyadan çıxartmalıdır”

Картинки по запросу ərdoğanın iran səfəri

Türkiyə prezidenti Ərdoğan İran prezidenti Həsən Ruhaninin dəvəti ilə sabah İrana rəsmi səfərə gedəcək.

Strateq.az Türkiyə mətbuatına isnadən bildirir ki, səfərin gedişində İran prezidenti ilə danışıqlar olacaq. Ərdoğanı həmçinin ölkənin ali dini rəhbəri Əli Xamenei də qəbul edəcək.

Qeyd edək ki, Ərdoğanın İrana səfəri barədə məlumat hələ martın əvvəlində yayılmış və etiraz dalğalarına səbəb olmuşdu. Bu, əsasən, Türkiyə prezidentinin martın 26-da Ankarada çıxış edərkən “Yəməndə baş verənlər səbr kasasını doldurur” deməsindən sonra baş vermişdi. Onun sözlərinə görə, “İran bölgədə üstünlük nümayiş etdirməyə çalışır. Buna yol vermək mümkündürmü? İİR öz baxışlarını yenidən nəzərdən keçirməli və hərbi hissələrini Yəmən, İraq, Suriyadan çıxartmalıdır”.

İran parlamentinin bir neçə deputatı Türkiyə liderinin İran səfərinə etirazını bildirib səfərin təxirə salınmasını tələb etmişdi.