XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 09:13

Türkiyə Rusiyanın hərbi təyyarəsini vurdu

 

rus teyare turk.jpg

Bu gün Türkiyə hava məkanın pozduğu üçün vurulan hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu aydınlaşıb.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Türkiyə Cumhurbaşqanlığı (Prezident Aparatı) hərbi təyyarənin Rusiyaya məxsus olduğunu açıqlayıb. Vurulan təyyarənin “Su-24” tipli hərbi təyyarə olduğu bildirilib. (APA)

Xatırladaq ki, Türkiyənin hava sərhədini pozan hərbi təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qərəcıları tərəfindən vurularaq yerə salınıb. Təyyarə Suriya ərazisinə düşüb. İki pilot katapult edərək xilas olub.

Əlavə edək ki, bu il oktyabrın 16-da Türkiyə hava sərhədini pozan pilotsuz uçuş aparatı Türkiyə təyyarələri tərəfindən vurulub. Aparatın Rusiya istehsalı olduğu açıqlanıb.