“Biz necə reaksiya verməli olduğumuz barədə düşünməliyik”
İsrail hökuməti İrana qarşı istənilən tədbirə hazırdır.
Strateq.az İsrail KİV-ə isnadən bildirir ki, SAXAL-ın (İsrailin müdafiə ordusu – red.) general-mayoru Nimrod Şefer deyib: “Kimsə atom bomsası hazırlayır və deyirsə ki, İsrailin yaşamağa haqqı çatmır, onda biz necə reaksiya verməli olduğumuz barədə düşünməliyik”.
Şefer qeyd edib ki, “Söhbət bizim milli təhlükəsizliyimizdən gedəndə Amerikanın mövqeyinə rəğmən biz qəti tədbirlər görə bilərik”.
General-mayor əlavə edib ki, “Əsil müttəfiqlər anlamalıdır ki, söhbət İsrailin dövlət təhlükəsizliyindən gedir”.