XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 09:59

Rus pilotu türkmən silahlılarının əlinə keçib

 

rus teyare.jpg

Türkiyənin hava sərhədini pozan Rusiyaya məxsus “Su-24” döyüş təyyarəsinin pilotlarından biri Suriya türkmənlərinin əlindədir.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Təyyarənin o biri pilotundan xəbər yoxdur.

Xəbərdə bildirlib ki, pilotları almaq üçün iki helikopterin həmin əraziyə eniş etməsinə türkmən özünümüdafiə qüvvələri icazə vermir.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus “Su-24” döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün onlara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin “F-16” qırıcıları “Su-24″ü zərərsizləşdirib.