XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2017 - 22:52

“Biz bilirik ki, kürd döyüşçülərinin terrorla mübarizədə töhfəsi böyükdür” –Putindən Türkiyəni məyus edən açıqlama

"Rusiya həmişə kürd xalqı ilə münasibət saxlayıb və onları korlamağa heç bir əsas yoxdur". 

Bu barədə jurnalistlərə Rusiya prezidenti Vladimir Putin bildirib.  

“Biz həmişə kürd xalqı ilə münasibət saxlamışıq, mən bu münasibətlərə son qoymağa əsas görmürəm. Amma əvvəlcə biz ümumi məsələni həll etməliyik. Bu terrorla mübarizədir. Bizim mövqeyimiz bu məsələdə açıqdır, biz bilirik ki, kürd döyüşçülərinin terrorla mübarizədə töhfəsi böyükdür. Onlar yüksək döyüş qabiliyyətli və çox səmərəli fəaliyyət göstərən qüvvələrdir”, – deyə Putin qeyd edib.   

“Daha geniş əməkdaşlığa gəlincə, biz İraqla çox fəal əməkdaşlıq edirik və bu münasibətlər daha da inkişaf etdiriləcək”, – deyə Putin əlavə edib.

Putinin sözlərinə görə, kürd problemi kəskin olaraq qalmaqdadır:

"Biz mövqeyimizi çoxdan müəyyən etmişik. Biz fəaliyyət və mövqeyimizi beynəlxalq hüquq çərçivəsində müəyyənləşdirəcəyik”.

APA