XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2017 - 09:20

ABŞ və Rusiya Baş Qərargah rəisləri danışıqların məxfi saxlanılmasına dairrazılığa gəliblər

ABŞ və Rusiya Baş Qərargah rəisləri Cozef Danford və Valeri Gerasimov aralarında keçirilmiş danışıqların detallarının məxfi saxlanılmasına dair razılığa gəliblər.  Bu barədə “RİA Novosti”yə ABŞ  Baş Qərargahından bildirilib.

Bundan əvvəl Pentaqon nümayəndəsi Ceyms Mettis  Danfordun Gerasimovla Baltik regionunda avqust və sentyabrda keçiriləcək hərbi təlimlər zamanı insidentlərin aradan qaldırılmasına dair məsələləri müzakirə edib.

“General Danford və general Gerasimov mütəmadi olaraq qarşılıqlı maraq doğuran bir çox məsələlər üzrə danışıqlar aparırlar. Onlar aparılan danışıqların detallarının məxfi saxlanılmasına dair razılığa gəliblər” – deyə mənbə bildirib.   (APA)