XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 İyun 2017 - 09:37

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

ABŞ Senatının 98:2 səslə Rusiya əleyhinə geniş sankisyalar paketini təsdiqləməsi Prezident Donald Trampın Moskva əleyhinə cəza tədbirlərini yumşaltmaq imkanlarını məhdudlaşdıra bilər.

"Bizim itirməyə vaxtımız yoxdur,"- deyə Arizona ştatından Respublikaçı Senator Con Makkeyn bildirib. "ABŞ [Rusiya prezidenti] Vladimir Putinə və istənilən başqa aqressora güclü mesaj göndərməlidir ki, biz demokratiyamıza edilən hücumlara dözməyəcəyik."

“Biz seçkilərimizə bu cür müdaxiləyə icazə verməməliyik,” -Demokrat Senator Jeanne Şahin bildirib. İrana tətbiq edilən sankisya paketinə düzəliş olaraq yeni dəyşikliklər Rusiyanın kiber casus təsisatları, enerji sektoru, maliyyə maraqları və Moskvadan Suriyaya silah axınını hədəf alır.

Siyahısı genişlənən sankisyalar enerji layihələrinə və xarici maliyyə təsisatlarına tətbiq edilə bilər.” –deyə Xarici Əlaqələr Komitəsinin Demokrat üzvü Ben Kardin bildirib. Bu ölçülər Konqresin Ağ Evin Rusiya ilə bağlı siyasətindəki mövqeyini gücləndirir.

"Prezident sanksiyaları Konqresə bildiriş vermədən və onun nəzərindən keçirmədən aradan qaldıra bilməz," –deyə Kardin deyib. Tramp adminisrasiyası deyilənlərə görə Obama administrasiyası dönəmində Rusiyadan alınmış diplomatik iqamətgahları geri qaytarmağı nəzərdən keçirir. Prezident Tramp dəfələrlə Rusiyanın kiber fəaliyyətlərini qabartmayaraq, Moskva ilə daha yaxşı münasibətlərə can atdığını ifadə edib. (Amerikanın səsi)