XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2017 - 16:39

Tramp  mühacirlərin valideynlərini müdafiə edən proqramı ləğv edib

ABŞ Milli Təhlükəsizlik Nazirliyi sabiq prezident Barak Obamanın dövründə imzalanan, qanuni rezidentlərin valideynlərinin deportasiyasının qarşısını alan proqramı ləğv edib.

Cümə axşamı yayılan bəyanatda bildirilir ki, ABŞ milli təhlükəsizlik naziri Con Kelli “Amerikalıların və qanuni, daimi rezidentlərin valideynlərinə qarşı addımların təxirə salınması aktı” (DAPA) proqramı ləğv etməklə bağlı memorandum imzalayıb. Buna səbəb kimi mövcud siyasətin məhkəməyə çıxarılması üçün etibarlı prosesin mümkünsüzlüyü göstərilib.

Sabiq prezident Barak Obama bu proqramı 2014-cü ildə imzalayıb. Lakin, 26 ştatın Obamanın səlahiyyətlərinin aşması və qeyri-qanuni mühacirlərin xüsusi qrupunu müdafiə etməsini mübahisələndirməsindən sonra federal məhkəmə proqramı dayandırıb.

Qeyri-qanuni immiqrasiyaya qarşı sərt addımların atılması ABŞ prezidenti Donald Trampın prezident seçkiləri kampaniyasının ən vacib tərkib hissələrindən biri idi. (Amerikanın səsi)

Bəyanatda həm də bildirilir ki, qeyri-qanuni mühacirlərin övladlarının ölkədə qalmasını təmin edən akt qüvvədə qalacaq. Bu akt 770,000 qeyri-qanuni mühacir övladlarının təhsil almasına və gələcəkdə işləməsinə imkan yaradır.