Almaniya Federativ Respublikasının keçmiş kansleri Helmut Kol vəfat edib.
Bu barədə “Bild” tabloidi məlumat yayıb. Helmut Kol 87 yaşında dünyasını dəyişib. Kol alman şəhəri Ludviqsxafen-am-Rayn şəhərindəki evində keçinib.
Kol 1982-98-ci illərdə Almaniyanın kansleri olub. O, Almaniyanın müasir tarixində bu postu 4 dəfə tutumuş yeganə siyasətçidir. Kol Avropanın və Almaniyanın birləşdirilməsində böyük rol oynayıb.