XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 16:29

Ərdoğanın yanında fövqəladə iclas başlayıb

turkiye aparat.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Aparatında bölgədəki təhlükəsizlik vəziyyətinə dair müzakirə başlanıb.

İclas Baş nazir Əhməd Davudoğlu, təhlükəsizlik orqanları və ordu rəhbərlərinin, o cümlədən bəzi nazirlərin iştirakı ilə keçirilir.

Xatırladaq ki, noyabrın 24-də səhər saatlarında Türkiyə sərhədini pozduğu üçün Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin vurulması bölgədəki vəziyyəti daha da gərginləşdirib.