XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2017 - 15:22

Amerikalı general:“Əfqanıstanda hərbi kampaniyanı başa çatdıra bilməməyimiz rüsvayçılıqdır”

ABŞ Silahlı Qüvvələri qərargah rəisinin keçmiş müavini, general Cek Kin ölkəsinin Əfqanıstanda həyata keçirdiyi hərbi kampaniyanı “tam rüsvayçılıq” adlandırıb.

Cek Kin bu haqda “Fox News”a müsahibəsində danışıb. General deyib: “Biz 16 ildir bu müharibədə itşirak edirik. Ancaq bu, faktdır ki, bizim üçün əlverişli olan kampaniyanı hələ də başa çatdıra bilməmişik. Bu, tamamilə rüsvayçılıqdır”.

Pentaqonun Əfqanıstandakı hərbçilərinin sayını 4 minədək artıracağını şərh edən keçmiş rəis müavini deyib: “Bu, xeyirli addım olsa da, qüvvələrin düzülüşünü ABŞ-ın xeyirinə dəyişə bilməyəcək. Pentaqon regional qarşıdurmada qələbə çalması üçün hərbçilərin sayını 10-20 minədək artırmalıdır”.

Hazırda Əfqanıstanda ABŞ-ın 8,4 min hərbçisi var. (Report)