XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 İyun 2017 - 15:54

Şanxayda kassa və personalı olmayan avtomatlaşdırılmış səyyar mağazaistifadəyə verilib

İsveçin “Wheelys” şirkəti Şanxay küçələrində “Moby” avtomatlaşdırılmış səyyar mağazasının sınaqlarına başlayıb.

Azərtac “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, hərəkət edən kiçik pavilyon formasında olan və günəş batareyalarının köməyi ilə enerji toplayan “Moby” mağazasında ən çox 4 nəfər yerləşə bilər. “Moby” mağazasının alıcısı olmaq üçün smartfona xüsusi mobil tətbiq quraşdırmaq və bank kartını proqrama birləşdirmək lazımdır.

Bu mağaza gecə-gündüz müəyyən küçələrdə işləyir və istifadəçi smartfonun köməyi ilə mağazanı özünə tərəf çağıra bilər. Smartfon, həmçinin mağazanın içinə daxil olmaq və seçilmiş malların ştrix kodlarını skan etmək üçün lazımdır. Mağazadan çıxarkən mobil proqram alış-verişin məbləğini birləşdirilmiş kartdan avtomatik çıxacaq.

Daxili sensorların köməyi ilə satılmamış malların sayı izlənilir və zərurət olduqda mağaza ehtiyat malların doldurulması üçün özü anbara tərəf gedir və onu başqa səyyar mağaza əvəz edir.