XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

17 İyun 2017 - 17:13

Kraliça II Elizabet Londondakı yanğındaölənlərin xatirəsini anıb

Britaniya Kraliçası II Elizabet öz rəsmi ad günü ilə bağlı bəyanatında qeyd edib ki, son həftələrin hadisələri – “Grenfell Tower”da yaşayış binasında yanğın, London körpüsünə hücum və Mançester konsert salonunda terror aktı Britaniyada kədərli əhval-ruhiyyə yaradıb.

Kraliçanın ad günü şərəfinə keçirilən ənənəvi paraddan əvvəl yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ötən gün yanğından zərərçəkənlərlə görüşən II Elizabet deyib ki, insanlar heç nəyə baxmadan bir-birilərinə kömək edirlər. “Ənənəyə görə bu gün bayramdır. Lakin bu il millətin son dərəcə kədərli əhval-ruhiyyədə olmasını görmək çətin deyil. Son aylar ölkə dəhşətli faciələr yaşayıb”, – deyə Kraliça vurğulayıb.

Qeyd edək ki, Londonda baş verən yanğın əhali arasında ciddi narahatlıq doğurub. Bəzi insanlar hadisənin baş verdiyi Kensinqton və Çelsi bələdiyyələrinin ləğv edilməsini tələb edirlər. Son məlumata görə, iyunun 14-nə keçən gecən 24 mərtəbəli binada baş verən yanğın nəticəsində 30 nəfər ölüb, 70-dək insan itkin düşmüş sayılır(azərtac).