XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 İyun 2017 - 17:19

ABŞ bu ölkəni də xəbərdar etdi –Terakt təhdidi

ABŞ Dövlət Departamenti yaxın zamanlarda Tacikistan ərazisində Amerika diplomatları və vətəndaşlarına yönələn terakt ehtimalı haqqında informasiya əldə edib.

 Bu barədə ABŞ-ın Tacikistandakı səfirliyi məlumat yayıb.

“Tacikistanda son zamanlar heç bir terror təşkilatının hücumu qeydə alınmayıb, amma ölkədə terakt təhdidi artıb. Biz vətəndaşlarımızı Əfqanıstan sərhədinə yaxınlaşmamağa, kütlənin çox olduğu yerlərdə olmamağa, ictimai nəqliyyatın xidmətindən istifadə etməməyə çağrırıq”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ eyni xəbərdarlığı Türkiyə ilə bağlı yaymışdı. (Axar.az)