XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

17 İyun 2017 - 17:29

Səudiyyə Ərəbistanı öz ərazisində Türkiyəyə hərbi baza tikməyəicazə verməyəcək

 

Səudiyyə Ərəbistanı öz ərazisində Türkiyəyə hərbi baza tikməyə icazə vermək niyyətində deyil.

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyində açıqlama yayılıb.

Məlumatda bildirilir ki, krallıq Türkiyəyə hərbi baza yaratmaq üçün icazə verə bilməz: "Səudiyyə Ərəbistanının buna ehtiyacı yoxdur".

Qeyd edək ki, iki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP telekanalına müsahibəsində bəyan etmişdi ki, Səudiyyə Ərəbistanı kralı ilə görüşdə ona krallıq ərazisində hərbi baza açmağı təklif edib.  (Trend)