XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

17 İyun 2017 - 19:42

ABŞ Venesuelanın enerji sektorunu hədəf alansanksiyalara hazırlaşır

ABŞ rəhbərliyinin Venesuela Prezidenti Nikolas Maduronun müxalifətə qarşı repressiyalarına etiraz olaraq ölkənin enerji sektorunu hədəf alan sanksiyalara hazırlaşdığı iddia edilir.

Azərtac xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanı hədəf alan yeni sanksiyalara hazırlaşır. Ağ Evə yaxın mənbələr D.Trampın Venesuelanın əsas ixrac məhsulu olan neftdən əldə etdiyi gəliri hədəf alan bir sıra sanksiya üzərində çalışdığını bildiriblər.

Sanksiyaların əsas hədəfinin Venesuelanın dövlətə məxsus neft şirkəti olan “PDVSA” olacağı deyilir. Hələ kağız üzərində olan sanksiyalarla “PDVSA”nın ABŞ bazarında fəaliyyət göstərməsinin qarşısının alınması məqsədi güdülür.

ABŞ rəsmiləri ölkənin üçüncü ən böyük neft tədarükçüsü olan Venesuelanın enerji sektoruna böyük zərbə vurması gözlənilən sanksiyaların müzakirə olunan məsələlərdən biri olduğunu, ölkə prezidenti Nikola Maduroya qarşı atılacaq yekun addıma hələ qərar verilmədiyini bildiriblər.