Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov mindən çox məhbusun əfv olunmasına dair fərman verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İnterfaxs nəşri məlumat yayıb.
Qeyd olunur ki, sənəd müsəlmanlar üçün müqəddəs sayılan Qədr gecəsi münasibəti ilə imzalanıb.
Fərmana əsasən, 1029 məhbus cəzaların qalan hissəsindən azad ediləcək.