XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 İyun 2017 - 21:29

London polisi:"Yanğında itkin düşmüş 58 nəfər, yəqin ki, ölüb"

Londonda “Grenfell Tower” yaşayış binasında baş vermiş yanğın zamanı 58 nəfər itkin düşüb və onlar, yəqin ki, ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Skotlend-Yardın nümayəndəsi Stüart Kandi deyib.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə Londonda 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində azı 30 nəfər həlak olub, 58 nəfərin itkin düşdüyü bildirilir. Hazırda xəstəxanalarda 24 nəfər müalicə alır. Onlardan 12-si hələ də reanimasiyadadır.