XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2017 - 23:53

Rusiyadan İŞİD-ə zərbə –180 terrorçu məhv edildi

Rusiya aviasiyası Suriyanın Deyr az Zor şəhərinə hücum etməyi planlaşdıran İŞİD terror qruplaşmasına zərbə endirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, aviazərbələr nəticəsində 180 silahlı məhv edilib. Bundan başqa terror qruplaşmasının iki komandiri də zərərsizləşdirilib.

Məlumata görə, öldürülən komandirlər  Əbu Umar əl Beciki və Əbu Yasin əl Masri adlı şəxslərdir.

Bundan başqa terrorçular 18 ədəd avtomobil və xeyli zirehli texnika, artilleriya qurğusu itirib.