XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 June 2017 - 10:15

Səudiyyədə zəvvarları daşıyan avtobus qəzaya uğrayıb:2 ölü, 36 yaralı

mekke-1.jpg

Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.