Egey dənizində Rixter cədvəli üzrə 4,2 və 5.3 bal güclərində ardıcıl qeydə alınan iki zəlzələ bölgədə böyük vahimə yaradıb.
Rəsmi məlumata görə, birinci yeraltı təkan iyunun 17-də yerli vaxtla saat 22.33-də qeydə alınıb. 17 dəqiqə sonra əvvəlkindən daha güclü olan ikinci təkan Karaburun rayonunun ərazisində hiss olunub. Vətəndaşlar böyük vahimə ilə küçə və meydanlara axışıblar.
Dağıntı və tələfat yoxdur(azərtac).