Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində güclü partlayış törədilib.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu qeyd edilib. Hadisənin terror aktı olduğu bildirilib.