XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

18 İyun 2017 - 13:11

Yəməndə aviazərbə nəticəsində24 dinc sakin ölüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin Saada əyalətinə endirdiyi aviazərbə nəticəsində 24 dinc sakin ölüb.

Bu barədə “Saba” agentliyi məlumat yayıb.

Faciə şənbə gecəsi baş verib. Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Şada rayonunda El-Maşnak bazarı bombalanıb. Nəticədə 24 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qeyd edək ki, 2014-cü ilin avqustunda Yəməndə hökumət qüvvələri ilə qiyamçı husilər arasında qarşıdurma başlayıb. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası husilərə hava  zərbəsi endirməyə başlayıb. İndiyə qədər 10 min din sakin, o cümlədən 2,4 min uşaq və 2 min qadın həyatını itirib.  (APA)